Oğurluq anı kameraya düşdü – Video

Oğurluq anı kameraya düşdü – Video

Oğuz şəhəri ərazisində yerləşən kompüter təmiri məntəqəsindən oğurluq edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan 1500 manat pul oğurlayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Elçin Mahmudov saxlanılıb.

O, ifadəsində əməlini etiraf edib və oğurladığı pulu xərclədiyini bildirib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Teqlər: