Bakıda kafedən pivə çəlləyi oğurlayan şəxs yaxalanıb.
AzerTimes Qaynarinfo.az-a istiandən xəbər verir ki, K.N. (şərti) 6 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında C.Naxçıvanski küçəsi 60 ünvanında yerləşən avtoyuma məntəqəsinin yanındakı kafedən içərisində 52 manatlıq 30 litr pivə olan 170 manat dəyərində pivə çəlləyini, 100 manat dəyərində reduktoru və 70 manat dəyərində aşağı reduktoru ilə birlikdə oğurlayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 392 manat məbləğində maddi ziyan vurub.
K.N. 30 litr pivəni içdikdən sonra çəlləyi Dərnəgül ərazisində tanımadığı şəxsə metal kimi 20 manata satıb.
3 oktyabr 2022-ci il tarixdə, saat 16:55 radələrində həmin şəxs saxlanılaraq 24-cü Polis Şöbəsinin əməliyyatçılarına təhvil verilib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə K.N. (şərti) İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 ay müddətinə inzibati həbs edilib.