Oğul anasının başını kəsdi

Oğul anasının başını kəsdi

Türkiyənin Samsun şəhərində bir şəxs anasını amansızlıqla qətlə yetirib.

Hadisə Samsun şəhərinin Terme mahalının Çay Məhəlləsində, axşam saat 10 radələrində baş verib. Məlumata görə, subay olan və anası ilə birlikdə yaşayan 38 yaşlı Həsən Əli K. mətbəxdə, kresloda əyləşən 79 yaşlı anası Səhər K.-nın boğazını çörək bıçağı ilə kəsərək onu öldürüb.

Terme mahalı Təhlükəsizlik İdarəsinə gedən Həsən Əli Kumbasar “Anamın başını kəsərək öldürdüm” deyərək polisə təslim olub. Evə gələn polislər yaşlı qadını divanın üzərində boğazı tamamilə kəsilmiş halda tapıblar.

Qohumları bir qızı bir oğlu olan qadının uzun illər uşağının olmadığını, ilk uşağı Həsən Əli K. üçün qurban kəsdiyini deyiblər.

Hadisə ilə əlaqədar istintaq aparılır.

ana-qatili