Oğul 60 yaşlı atasını döydü

Oğul 60 yaşlı atasını döydü

Ağstafada 60 yaşlı kişi oğlu tərəfindən döyülüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü S.Hüseynov mübahisə zəminində döyülüb.

Başından və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan zərərçəkmiş xəstəxanaya aparılıb.

Yaxınlarının verdiyi məlumata görə, S.Hüseynov 30 yaşlı oğlu T.Hüseynov tərəfindən döyülüb. Hadisə zamanı onların hər ikisi sərxoş olublar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər: