Ölkədə baş verən mitinqlərdən qorxmuram.
AzerTimes xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
“Mitinqlərdən qorxmuruq. Mitinqdə şəxsi maraqlarını güdənləri görəndə qaçıb gizlənənlərdən deyiləm. Dövləti qarət etsəydim, ailəmi və dostlarını mühüm vəzifələrə təyin etsəydim və ya dövləti böhrana sürükləsəydim, kütləvi etirazlardan qorxardım. Əksinə, mən və komandam gecə-gündüz işləyirik. Ölkəni bataqlıqdan zorla çıxarmışıq”, – Japarov bildirib.
Qırğızıstan prezidentinin sözlərinə görə, son illər gömrük və vergi sahələrində sistemli oğurluqlara son qoyulub, ölkə büdcəsi isə 3 dəfə artıb.