Oğru mağazanı yarır, mühafizəçi isə çəkir… – Video

Oğru mağazanı yarır, mühafizəçi isə çəkir… – Video

Kaliforniya ştatında yayılan bu görüntülər sosial şəbəkələrdə trendə çevrilib.

AzerTimes xəbər verir ki, videoda oğrunun mağazaya girərək, istədiyi məhsulu götürüb apardığı, satıcı və mühafizəçinin isə ona mane olmaq əvəzinə faktı telefonla qeydə aldıqları görünür. Maraqlıdır, bəs, niyə onlar müdaxilə etmirlər?

Məsələ burasındadır ki, 2021-ci ildə Kaliforniya ştatının hökuməti çox ziddiyyətli qanun qəbul edib. Ştatda cinayətlərin sayını statistikada azaltmaq üçün qiyməti 950 dollardan aşağı olan malların oğurlanması qanunla oğurluq hesab olunmur. Bundan sonra qanunvericilikdəki boşluqdan istifadə edənlərin sayı sürətlə artıb.

Yəni vətəndaş mağazaya girərək istədiyi malı aparır: nə satıcı, nə mağazanın yiyəsi, nə də mühafizəçi oğruya toxuna bilər, ancaq polis çağırmalıdırlar. Polis gələnə kimi də oğru qaçır və hətta polis onu tutsa belə, oğru ilə bölmədə profilaktik söhbətdən sonra onu azadlığa buraxmaq məcburiyyətində qalır.

Mağazaların yiyələri də öz növbəsində kreativ qərar veriblər. Bütün malların qiymət düsturunu yaradıblar. Misal üçün 1 banka “kola”nın qiyməti 6 dollardır, mağazanın yiyəsi qiyməti belə hesablayır: 6$+950$=956$. Alıcı kassaya ödəniş üçün yaxınlaşanda satıcı ona 950 dollar dəyərində endirim kuponu verir. Bu düsturu tətbiq edən mağazalar oğru gələrkən fiziki müqaviməti qanuniləşdirirlər.

Belə mağazalara oğrular yaxın gələ bilmir.

Teqlər: