AMEA-nın Folklor İnstitutun Klassik folklor şöbəsinin elektronçusu Elnarə Soltanova qəfil vəfat edib.
AzerTimes xəbər verir ki, bununla bağlı onun iş yoldaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bu gün E.Soltanovanın böyük oğlunun məzun günü imiş:
“Bu günü səbirsizliklə və həsrətlə gözləyirdi. Gecə saat 3-ə işləmiş oğlu haqqında Vatsapda paylaşım edib, ürək sözlərini yazıb. Bəlkə də səhər oğlunun məzun günündə iştirak edə bilməyəcəyini ana ürəyi hiss edibmiş”.