Tehran Elm və Sənət Universitetinin 11 tələbəsi oğlan və qızların birgə iştirak etdiyi qonaqlığa qatıldıqları üçün cəzalandırılıblar.
AzerTimes xəbər verir ki, bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb.
Bildirilib ki, universitetin İntizam Komitəsinin qərarı ilə tələbələr 3 semestr təhsildən məhrum ediliblər.