Oğanın qərarı nə olacaq? – Türk jurnalist

Oğanın qərarı nə olacaq? – Türk jurnalist

Mətbuatda Zəfər Partiyasının sədri Ümid Özdağ və ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğanın 28 mayda baş tutacaq ikinci tur seçkilərində namizədlərdən biri ilə razılaşacağı barədə yazılanlar həqiqəti əks etdirmir.

Bunu AzerTimes-a açıqlamasında türkiyəli jurnalist Həsən Barın deyib.

Onun sözlərinə görə, hər iki şəxs seçki zamanı Sinan Oğana gələn səslərin öz səsləri olmadığını, buna görə də seçicilərə təsir edə bilməyəcəklərini anlayırlar:

“Buna görə də seçicini Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğluya səs vermək məsələsində sərbəst buraxacaq, heç bir ad çəkməyəcəklər”.

Qeyd edək ki, 14 mayda keçirilən prezident seçkilərində Sinan Oğan 5.17 faiz səs toplamışdı.

28 mayda keçiriləcək ikinci turda Türkiyə lideri Ərdoğan və “Altılı masa”nın namizədi kamal Kılıçdaroğlu mübarizə aparacaq.

Teqlər: