Oğan dəstəkləyəcəyi namizəd üçün 5 şərtini açıqladı

Oğan dəstəkləyəcəyi namizəd üçün 5 şərtini açıqladı

ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan 2-ci turda dəstəkləyəcəyi namizəd üçün 5 şərtinin olduğunu bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Bu şərtlərdən biri konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi, yəni 66-cı maddədə Türklüyün Konstitusiyadan çıxarılması cəhdinə qarşı sədd qoyulmasıdır. Digər şərtlər isə 13 milyon qaçqının göndərilməsi, son iqtisadi böhranın əsas səbəbləri olan faiz, inflyasiyadan azad olmaq, terror təşkilatları və onların siyasi strukturları ilə əməkdaşlıq etməməkdir.

Oğan bildirib ki, bu şərtlər yerinə yetirilməyənə qədər ikinci mərhələ keçirilməyəcək.

Teqlər: