Ofsaydla bağlı qaydalarda mühüm dəyişiklik

Ofsaydla bağlı qaydalarda mühüm dəyişiklik

FİFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) yenilənmiş ofsayd qaydası üzərində işləyir.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bundan sonra oyunçunun bədəni tam olaraq rəqibdən öndə olmalıdır. Əks halda oyundankənar vəziyyət qeydə alınmayacaq.

Başqa sözlə desək, hücum edən oyunçunun bədəninin bir hissəsi sonuncu müdafiə oyunçusu ilə uyğunlaşdıqda, onu ofsayd hesab etmək olmaz.

Qaydaların belə dəyişməsinin futbolu daha dinamik və möhtəşəm edəcəyinə inanılır.

Teqlər: