Ofis işçilərinin və yumşaq oturacaqların xəstəliyi

Bu gün artıq əminliklə deyilə bilər ki, babasil – sivil dünyanın xəstəliyidir. Rəsmi rəqəmlərə görə, min nəfərdən 118-120 nəfər babasildən əziyyət çəkir, lakin bu, aysberqin yalnız görünən hissəsidir – həkimə müraciət edənlərdir. Daha çox “gizlənən” xəstələr var – planetimizin əhalisinin 80% -ə qədər!

Ofis işçisinin həyat tərzi, 8 və ya daha çox saat narahat vəziyyətdə bir yerdə oturmağı, qeyri-rasional qidalanması, xroniki stres vəziyyəti, nəticədə – qəbizlik, artıq çəki – bütün bunlar qaçılmaz olaraq babasilin inkişafına səbəb olur. Lakin babasilin inkişafının başqa səbəbləri də var: irsiyyət, böyük fiziki yüklənmələrlə bağlı ağır iş, hamiləlik və doğuş, spirtli içkilərin sui-istifadəsi və hətta tualetdə uzun müddət ərzində oturmaq vərdişi.

Bütün bu faktorlar babasilin yaranma mexanizmini işə salır – hemorroidal venoz kələflərdə qanın durğunluğuna səbəb olur. Bu venoz sisteminin qanla həddən artıq dolmasına, damarların uzanmasına və genişlənərək divarların nazikləşməsinə, vaxt keçdikcə isə babasil düyünlərinin əmələ gəlməsinə gətirib çıxarır.

Babasil tədricən və gözədəyməz şəkildə inkişaf edir; insan xüsusi narahatlıq yaşamır, yalnız ara-sıra defekasiya aktından sonra anal nahiyyədə diskomfort, ağrı, qaşınma, göynəmə ola bilər. Bəzən xəstədə arxa keçəcək dəliyində yad cismin olması hissi yaranır; defekasiya aktından sonra tez-tez davamlı zoqqultulu ağrılar olur. Lakin babasil yalnız xoşagəlməz hisslərə səbəb olmur – o dəmirdefisitli anemiya, trombozlar və hemorroidal düyünlərin boğulması kimi ağırlaşmalar ilə təhlükəlidir.

Babasilin profilaktikası (qarşısını almaq) üçün qida rejiminə əməl olunmalı (fastfut qidalar, quru qidalar azaldılmalı), alkaqollu, qazlı içkilər az qəbul olunmalıdır. Aktiv həyat rejimi (idman və yürüşlər) seçilməlidir. Xəstəliyin ilkin əlamətləri meydana çıxdıqda babasil əleyhinə müalicəyə başlanmalıdır. Erkən mərhələlərdə konservativ (əməliyyatsız) müalicəsi mümkündür, gecikmiş mərhələnin isə müalicəsi daha çətin olur.

Babasilin müalicəsi kompleks şəklində aparılır – nəcis kütlələrini normal konsistensiyaya salan pəhrizə riayət etmək, oral olaraq daxilə qəbul edilən (kapsul, tablet) və yerli təsirli (məlhəm, gel, krem, şam və s.) preparatlardan istifadə etmək məsləhət görülür. Klinik əlamətlərin yüngülləşməsinə və kəskinləşmə riskinin azaldılmasına görə daha çox yerli müalicəyə üstünlük verilməlidir. Yerli təsirə malik vasitələr içində məlhəmlər xüsusi yer tuturlar, çünki məlhəmlərin əsasını yağlı maddələr təşkil edir (vazelin və digər yağlar), gel və kremlər isə qismən su əsaslı olur. Məhz buna görə məlhəmlər daha yüksək konsentrasiyaya malik olub, zədələnmiş ocağa daha yaxşı sorulur və tibbi effekti daha yüksək olur.

Apteklərdə babasil zamanı istifadə olunan müxtəlif məlhəmlər vardır. Babasilin əlamətlərindən qurtulub normal həyata qayıtmaq üçün zəngin tərkibli, yüksək konsentrasiyalı iltihab əleyhinə, yarasağaldıcı, ağrıkəsici, antibakterial, qansaxlayıcı xüsusiyyətlərə malik, ekonomik qablaşdırılması olan (daha uzun müddətə kifayət edən) məlhəmlərdən istifadə edilməsi tövsiyə olunur.

Vaxtında konservativ müalicə, sizi fəsadlaşmalardan və əməliyyatdan qoruyacaq!

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
aptekonline.az
onlineaptek.az
Çatdırılma Pulsuzdur!

Teqlər: