Odunla qızdırılan 180 məktəbə qaz veriləcək

Odunla qızdırılan 180 məktəbə qaz veriləcək

Azərbaycanda əvvəl odunla qızdırılan 180-ə yaxın məktəb bu il tam qazlaşdırılacaq.

AzerTimes xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

Onun sözlərinə görə, təhsil müəssisələrində istiliklə əlaqəli hazırlıq işləri davam edir:

“Ərazilər üzrə gündəlik təchizatın çatdırılması təmin edilir. Hesab edirəm ki, istiliklə əlaqəli bugünkü vəziyyət qənaətbəxşdir”.

Teqlər: