Odlar Yurdu Universitetinin heyəti beynəlxalq elmi konfransda iştirak edib (FOTO)

23-24 avqust tarixlərində Türkiyənin Antalya şəhərində 11-ci Hesablama, Sözəl Hesablama, Alqılama və Süni Zəka nəzəriyyəsi və tətbiqi (INTERNATIONAL CONFERENCE ON THEORY AND APPLICATION OF SOFT COMPUTING, COMPUTING WITH WORDS, PERCEPTION AND ARTIFICIAL INTELLIGENCE) mövzusunda ənənəvi beynəlxalq konfrans keçirilib. Bu ilki konfrans Lütfizadənin 100 illiyinə həsr olunub. Konfransı fərqləndirən əsas nüans elmi məqalələrin yüksək reytinqli elmi bazalar sayılan Web of Science, Scopus və Springer-də yayınlanması olub.

Konfransda Odlar Yurdu Universitetini professor, müəllim və doktorantlar təmsil edib. Konfransın proqramında universitetin rektoru Professor Ə. Vəliyev, dosent İ. Qəhrəmanov, doktorant R. İmamquluyev “Turizm sahəsində qeyri-səlis məntiqlə kadr seçimi”, universitetin Elm və İnnovasiyalar üzrə prorektoru T. Abdullayev, Riyaziyyat və İnformatika kafedrasının rəhbəri R. İmamquluyev və doktorant N. Umarova “İşıq Hesablamalarında İşıq Yansıma Dəyərinin Optimal Həll Edilməsi üçün Qeyri -səlis Məntiq Modelinin Tətbiqi”, doktorant T. Süleymanlı “Qeyri -səlis TOPSIS metodundan istifadə edərək inteqrasiya amillərinin sıralanması”, doktorant V.M. Salahlı və A. Süleymanov “Intuitiv qeyri-səlis məntiq və entropiyaya əsaslanan çox meyarlı qərar vermə üsulu ilə maliyyə performansının təhlili”, universitetin professor R. Ələkpərov “Qeyri -səlis çoxluq nəzəriyyəsinə əsaslanaraq əmtəə bazarlarının bazar quruluşunun diaqnostikası və seçimi metodu” və İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi A. Əliyeva “Təsadüfi logistik reqressiya alqoritmlərindən istifadə edərək səhm qiymətlərinin proqnozlaşdırılması” mövzuları ilə çıxış ediblər.

İki gün davam edən konfrans müvəfəqiyyətlə sonlandırılıb. Konfrans iştirakçıları həm canlı, həm də onlayn iştirak etmək imkanı əldə edib.


Teqlər: