23-24 avqust tarixlərində Türkiyənin Antalya şəhərində “11th international conference on theory and application of soft computing, computing with words, perception and artificial intelligence” ənənəvi beynəlxalq konfrans keçirilib. Bu ilki konfrans dünya şöhrətli alimimiz Lütfi-zadənin 100 illiyinə həsr olunub. Konfransı fərqləndirən əsas nüans elmi məqalələrin yüksək reytinqli elmi bazalar sayılan Web of Science, Scopus və Springer-də yayınlanması olub.
Konfransda Odlar Yurdu Universitetini professor, müəllim və doktorantlar təmsil edib. Konfransın proqramında universitetin rektoru Professor Ə. Vəliyev, dosent Rahib İmamquluyev, doktorant İ. Qəhrəmanov “Staff Selection with Fuzzy Logic in the Tourism Sector”, universitetin Elm və İnnovasiyalar üzrə prorektoru T. Abdullayev, İnformasiya texnologiyaları və mühəndilsik kafedrasının müdri R. İmamquluyev və dosent N.Umarova “Application of Fuzzy Logic Model for Optimal Solution of Light Reflection Value in Lighting Calculations”, doktorant T. Süleymanlı “Ranking integration factors using fuzzy TOPSIS mehtod”, doktorant V.M. Salahlı və A. Süleymanov “Financial Performance Analysis with Intuitive Fuzzy Logic and Entropy-Based Multi-Criteria Decision Making Method”, universitetin professoru R. Ələkpərov “Method for Diagnostics and Selection of the Type of Market Stucture of Commodity Markets Based on Fuzzy Set Theory” və İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi A. Əliyeva “Predicting Stock Prices Using Random Forest and Logistic Regression Algorithms” mövzuları ilə çıxış ediblər.
İki gün davam edən konfrans müvəfəqiyyətlə sonlandırılıb. Konfrans iştirakçıları həm canlı, həm də onlayn iştirak etmək imkanı əldə edib.