Odlar Yurdu Universiteti magistratura ixtisas seçimində iştirak edəcək namizədlərə köməklik məqsədilə komissiya təşkil edib.
AzerTimes-ın məlumatına görə, belə ki, universitet gələcək magistrlara ödənişsiz peşəkar yardım təklif edib.
Bu xidmət ilk gündən gənclər tərəfindən böyük maraqla qarşılanıb və 100-dən çox namizəd onlayn növbə götürərək mərkəzə yaxınlaşıb.