Gecə saatlarında Odessaya endirilən zərbələr hərbi əməliyyat başlayandan bəri ən böyük hücum hesab oluna bilər.
AzerTimes xəbər verir ki, bunu şəhərin meri Gennadi Truxanov deyib.
“Ən pis gecələrdən biri oldu. Biz belə bir hücum miqyasını xatırlamırıq“, – o bildirib.
Qeyd edək ki, Odessa vilayətinin limanlarından birinə gecə saatlarından endirilən zərbələr nəticəsində taxıl və neft terminalları, çənlər və yükləmə üçün avadanlıqlar sıradan çıxıb. Eyni zamanda, Odessa vilayətində sənaye obyektinə və iki anbara da ziyan dəyib.
Kreml bu zərbələri 17 iyulda Krım körpüsünə hücumun cavabı adlandırıb.