Odessaya ballistik raketlə hücum olundu

Odessaya ballistik raketlə hücum olundu

Ötən gün Rusiya ordusu ballistik raketlə Odessaya hücum edib və şəhərdə güclü partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, axşam saatlarında Ukrayna Hərbi Hava Qüvvələri müvəqqəti işğal olunmuş Krım ərazisindən Rusiyanın ballistik silahlardan istifadə təhlükəsi barədə xəbərdarlıq edib. Ardınca isə raketin Odessaya doğru getdiyi barədə xəbərdarlıq olunub. Şəhərdə güclü partlayış baş verib. Sosial şəbəkələrdə insanlar partlayışdan evlərin silkələndiyini, küçələrdə avtomobil siqnallarının işə düşdüyünü yazıblar.

Ukraynanın Cənub könüllülər ordusunun nümayəndəsi Sergey Bratçuk partlayışla bağlı müəyyən faktları təsdiqləyib:

“Düşmən müvəqqəti olaraq işğal olunmuş Krım ərazisindən Odessaya hücum edib. Hücum “İsgəndər-M” vasitəsilə həyata keçirilib. Orada müvafiq qurumlar çalışır”.

Odessa vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, Rusiya ballistik raketlə rayon mərkəzinə hücum edib:

“Təcavüzkarın hədəfi limanın yaxınlığındakı mülki infrastruktur olub. Taxıl daşıyan maşının sürücüsü xəsarət alıb, vəziyyəti orta ağırdır”.

Teqlər: