Odessada Yunanıstan konsulluğu zədələndi – Zelenski

Odessada Yunanıstan konsulluğu zədələndi – Zelenski

Rusiyanın Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində 50 ev, o cümlədən Yunanıstanın konsulluğu zədələnib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.

O xatırladıb ki, konsulluğun qismən dağıdılması halı Odessada birinci dəfə deyil. Belə ki, iyulun 20-də Çinin konsulluğu zədələnmişdi.

Zelenski həmçinin bildirib ki, şəhərin atəşə tutulmasında müxtəlif tipli 19 raketdən istifadə edilib: bu, onların vurulmasını çətinləşdirmək üçün edilib və bu, daha geniş miqyasda dağıntıya səbəb olub.

Onun sözlərinə görə, Odessadakı Müqəddəs Transfiqurasiya Baş Kilsəsi Rusiyanın gəmi əleyhinə X-22 raketi ilə atəşə tutulub.

“1936-cı ildə bolşeviklər baş kilsəni qarət edib dağıdıblar. O, artıq müstəqil Ukraynada bərpa olunub və indi terrorçular onu yenidən dağıtmağa çalışırlar”, – deyə, o vurğulayıb.

Teqlər: