Odessada matəm elan olundu

Odessada matəm elan olundu

Ukraynanın Odessa şəhərində 15 iyun matəm elan olunub.

AzerTimes xəbər verir ki, bu barədə Odessa meriyasından məlumat verilib.

Bildirilib ki, iyunun 15-də Odessada rusların qanlı raket hücumu nəticəsində həlak olanların xatirəsi yad ediləcək.

Qeyd edək ki, iyunun 14-nə keçən gecə Rusiyanın şəhərə növbəti raket hücumu nəticəsində insanlar həlak olub və yaralanıb, şəhərin mərkəzindəki mülki infrastruktur obyektlərinə xeyli ziyan dəyib.

Teqlər: