Odessa meriyası Azərbaycanın Ukraynadakı səfirliyinin şəhərlərin məsafə və istiqamətləri indeksinə Gəncə şəhərinin adının əks olunduğu lövhənin əlavə edilməsi ilə bağlı müraciətinə müsbət cavab verib.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, hazırda Odessanın mərkəzindən dünyanın müxtəlif paytaxtlarına və iri şəhərlərinə olan məsafə göstəricisində Gəncənin istiqamətini və Odessadan ona olan məsafəni göstərən lövhə əlavə olunub.
Xatırladaq ki, Gəncə və Odessanın qardaşlaşmış şəhərlər olması ilə bağlı protokolu 2019-cu il dekabrın 17-də Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri zamanı imzalanıb.