Odessa limanı ballistik raketlə vuruldu: 1 ölü, 8 yaralı

Odessa limanı ballistik raketlə vuruldu: 1 ölü, 8 yaralı

Oktyabrın 14-də Rusiya qoşunları yenidən ballistik raketlərlə Odessanın liman infrastrukturuna hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirin ərazi bərpası üzrə müavini Aleksey Kuleba bildirib.

“Rusiya tərəfindən liman infrastrukturuna növbəti hücum: iki mülki gəmi zədələnib. Hücum nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Hamısı mülki şəxslərdir”, – deyə Kuleba qeyd edib.

Teqlər: