

Odessa və vilayətin əksər yaşayış məntəqələrində enerji infrastrukturunun dağıdılması səbəbindən elektrik enerjisi verilmir.
AzerTimes xəbər verir ki, bu barədə yerli vilayət administrasiyasının rəhbəri Maksim Marçenko özünün Teleqram kanalında məlumat yayıb.
Qeyd edək ki, dekabrın 29-da Ukraynanın Kiyev, Odessa, Xarkov, Lvov və digər şəhərlərində silsilə partlayışlar baş verib.