Odessa atəşə tutuldu: ölənlər var

Odessa atəşə tutuldu: ölənlər var

Rusiya Silahlı Qüvvələri raket və PUA-lar vasitəsilə Ukraynanın Odessa vilayətinə hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələri Teleqramda məlumat yayıb.

Bildirilib ki, Rusiya hücumu “Şahid” PUA-ları ilə edib. Eyni zamanda, taktiki və strateji aviasiya təyyarələri Qara dənizdən X-31P və XX-22 tipli raketlər buraxıblar. Raketlər havada döyüş qabiliyyətini itirib. Hava hücumundan müdafiə bölmələri 9 kamikadze dronu vurub.

Zərərsizləşdirilmiş PUA-lardan biri Odessanın sahil zonasında müəssisə binasının üzərinə düşüb. Bu da dağıntılara və yanğına səbəb olub.

Yanğının söndürülməsi və dağıntıların ayırd edilməsi zamanı 3 nəfərin meyiti tapılıb.

Axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Teqlər: