Ödənişli yolda qəzaların əsas səbəbi… – Ekspert

Ödənişli yolda qəzaların əsas səbəbi… – Ekspert

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda baş verən qəzaların sayı artır. Qaydalara əməl edilmədiyindən bu qəzaların sayı daha da çoxalır.

Bunu AzerTimes-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

“Ümumiyyətlə, istər ödənişli yolda, istərsə də digər yollarda qəzaların başlıca səbəbi sürətdir. Məsafə, region, hava şəraiti, yolun işıqlı olub-olmaması nəzərə alınmalı, sürət həddi ona uyğun olmalıdır. Sürücü yola çıxmamışdan əvvəl səhhətinə uyğun davranmalıdır ki, avtomobili idarə edən zaman yuxulamasın və yaxud səhhəti ilə bağlı problem yaşanmasın. Sürücü yol boyu nişanlara və radarlara fikir verməlidir. Yeni yaranan yolda nişanlar qoyulub, sadəcə bəzi sürücülər onlara fikir vermir. Bu yolda sürücülər diqqətli və məsuliyyətli olmalıdır. Çünki “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsində də deyildiyi kimi, ölkə daxilində magistral yollarda maksimal sürət saatda 110 km-dir”, – o bildirib.

Mütəxəssis vurğulayıb ki, hətta inkişaf etmiş bəzi ölkələrdə də nəinki ödənişli, xüsusi texniki vasitə və nişanların belə olmadığı yollar mövcuddur:

“Buna baxmayaraq, sürücülər maksimal sürəti aşmırlar”.

Qeyd edək ki, Bakı-Quba-Rusiya ilə ödənişli avtomagistralının Xaçmazdan və Şabrandan keçən hissəsində ölümlə nəticələnən bir neçə avtomobil qəzası baş verib.

Teqlər: