Qusar rayonunda yük avtomobili yolda işləyən fəhləni vurub.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Qusar rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, həmin ərazidə elektrik xətlərində təmir işləri aparan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Şakir Sadıq oğlu Abdullayevi TIR vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.