Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb.
Bildirilib ki, BMV markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşaraq yararsız hala düşüb.
Qeyd edək ki, bundan əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan və Şabrandan keçən hissəsində də ölümlə nəticələnən avtomobil qəzaları baş vermişdi.