Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, “Nissan X-Trail” markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində 1968-ci il təvəllüdlü Təranə Ənvər qızı Babayeva hadisə yerində aldığı xəsarətlərdən ölüb. Daha bir nəfər, 1964-cü il təvəllüdlü Xalis Abiddin oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.