Azərbaycanda peşə təhsili müəssisələrində ödənişli əsaslarla
təhsilalanlara da təqaüd verilməsi nəzərdə tutulur.
AzerTimes-ın məlumatına görə, bununla bağlı “Peşə təhsili haqqında”
Qanunda dəyişiklik təklif edilir.
Dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə
edilib.
Dəyişiklik barədə məlumat verən Milli Məclisin Elm və təhsil
komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, mövcud
qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət
hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub.
“Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili
müəssisələrində təhsilalanlara dövlət hesabına və ödənişli
əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin
edilməsi təklif olunub”, – deyə o qeyd edib.