Bu gün Mərkəzi Bank iyunun 22-dən yenilənmiş 10 manatlıq
əsginasın dövriyyəyə buraxılacağını açıqlayıb.
Trend-in
terminalların yeni əsginasa uyğunlaşdırılması istiqamətində
aparılan işlərlə bağlı sorğusunu Azərbaycanın “MilliÖN” və
“e-Manat” ödəniş sistemlərinə nəzarət edən şirkətlərdən
cavablayıblar.
Bildirilib ki, yeni 10 manatlıq əsginasın dövriyyəyə buraxılması
ilə əlaqədar Azərbaycanın “MilliÖN” və “e-Manat” ödəniş sistemləri
terminallarının ona uyğunlaşdırılması üçün Azərbaycan Mərkəzi Bankı
ilə danışıqlar aparır.
“eManat”-dan AzerTimes-a verilən məlumata görə, yaxın vaxtlarda
ödəniş terminallarının yeni əsginasa uyğunlaşdırılması prosesinə
başlanılması planlaşdırılır.
Eyni zamanda, “MilliÖN”-dən AzerTimes-a verilən məlumata görə,
Mərkəzi Bankla danışıqlar aparılır və plana uyğun olaraq
terminalların proqram təminatının yenilənməsi istiqamətində işlər
görülür.
Xatırladaq ki, iyunun 22-dən Azərbaycanda yeni dizaynlı 10
manatlıq əsginas dövriyyəyə buraxılacaq. Əsginasın təhlükəsizlik
elementləri və dizaynı ən son texnologiya ilə yenilənib.