OCCRP Priqojini “İlin adamı” seçdi

OCCRP Priqojini “İlin adamı” seçdi

Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) “Vaqner”in təsisçisi Yevgeni Priqojini “mütəşəkkil cinayətkarlıq və korrupsiya” nominasiyası üzrə “İlin adamı” elan edib.

AzerTimes xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.

“Yevgeni Priqojin bu il Rusiyadakı ən dəhşətli hadisələrin canlı simvoluna çevrilib: çirkli pullar, primitiv zorakılıq… Dövlət tərəfindən təsdiqlənmiş korrupsiyanın bütün törəmələri onun fiqurunda birləşir. Priqojin bu mükafatı Rusiyanın qəddar və korrupsioner təsirini genişləndirmək, Vladimir Putin üçün soyğunçuluq etmək və müxalifləri cəzalandırmaq istəyinə yönəlmiş fəaliyyətinə görə qazanıb. Priqojin dünyanın hər yerindən münaqişə zonalarında qoyduğu qanlı izi ilə tanınır”, – məlumatda deyilir.

Teqlər: