Öcalan gəlib TBMM-də bəyan etsin ki… – Baxçalı

Öcalan gəlib TBMM-də bəyan etsin ki… – Baxçalı

Heç bir ilkin şərt qoyulmadan terror aktlarına son qoyulması və terrorçuların silahı yerə qoyaraq, Türkiyə ədalətinə təslim olması yeganə çıxış yoludur.

AzerTimes xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

O bildirib ki, terrorçu liderin (Abdullah Öcalan – red) təcridinin aradan qaldırılması ilə bağlı tələblər gəlir:

“Onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir. Və bu terror ölkə gündəmindən tamamilə çıxarılmalıdır. Mənim bu çağırışımı başa düşməyərək onu müxtəlif mənalarda yozmağa çalışanlar da oldu. Gəlsin DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, təşkilatın ləğv edildiyini hayqırsın. Biz hər addımı atmaqda qərarlı və inamlıyıq”.

Teqlər: