Öcalan çağırış edəcək – Bu tarixdə

Öcalan çağırış edəcək – Bu tarixdə

PKK/YPG-nin əsas qolu olan SDG-nin “rəhbəri” Mazlum Abdi, terror təşkilatının lideri Abdullah Öcalanın fevralın 15-də mesaj yayımlayacağını iddia edib.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, o bu barədə italiyalı jurnalistlərə açıqlamasında deyib.

“Mesaj videoformatda olacaq. Çağırışda Suriyanın şimal-şərqi ilə bağlı nəsə yer alacaq. Abdullah Öcalanın bu bölgə ilə bir çox əlaqələri var. Burada hər şey bir-birinə bağlıdır”, – Abdi vurğulayıb.

Xatırladaq ki, A.Öcalan 26 il bundan əvvəl 15 fevral tarixində Keniyada saxlanılmışdı.

Teqlər: