Obrayen Bakıya bu təkliflə gəlib – Əliyevin cavabı…

Obrayen Bakıya bu təkliflə gəlib – Əliyevin cavabı…

Obrayenin Əliyevlə görüşdə Azərbaycan-Ermənistan danışıqlarının Vaşinqtonda aparılması və Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişaf etdirilməsi haqda dedikləri ABŞ-ın Çindən Avropaya uzanan Orta dəhlizi Mərkəzi Asiyadan Avropaya çıxan dəhlizlə əvəzləmək və kommunikasiyanın İrəvanın istəkləri çərçivəsində açılması şərti ilə Ermənistanın da bu prosesdə iştirakını təmin etmək planıdır. Və gözlənildiyi kimi, Obrayen Bakıya bu təkliflə gəlib.

Əliyev də Obrayenlə görüşdə Bakının yanaşmasını ortaya qoydu:

– Vaşinqtonun yeni reallıqları nəzərə alaraq, sülh danışıqları prosesinə töhfə verə bilər, yəni ABŞ Azərbaycanın suverenliyini bərpa etdiyi Qarabağdan danışmağı dayandırmalıdır;

– Bakı Orta Dəhliz üzərində yeni əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır: Azərbaycan ABŞ-ın planına yox demir, lakin hansı tərəf önə çıxarsa və daha yaxşı təkliflər verərsə, öz imkanları ilə prosesdə iştirak edə bilər prinsipindən yanaşır.

Hədəfinə nail olmaq üçün Vaşinqtonun Bakıya ehtiyacı var və buna görə Birləşmiş Ştatlar Azərbaycanla qarşıdurma yox, uzlaşmaq marağındadır. Azərbaycan da bu üstünlüyündən diplomatik müstəvidə istifadə edir. Lakin o da bəllidir ki, dəhlizlər uğrunda mübarizə Cənubi Qafqaza daha aktiv şəkildə tranformasiya edilir və perspektivdə qarşıdurmalar vəd edir.

Teqlər: