Obrayen Bakıda Əliyevlə, müavini ABŞ-da Armenlə görüşdü

Obrayen Bakıda Əliyevlə, müavini ABŞ-da Armenlə görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a işgüzar səfəri çərçivəsində Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin siyasi dialoqunun gündəliyi və əsas istiqamətlər üzrə praktiki əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Tərəflər regional təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qriqoryan Kimə “Sülh qovşağı” konsepsiyasını və İrəvanın regionda sabitliyin və uzunmüddətli sülhün bərqərar edilməsinə dair planını təqdim edib.

Qeyd edək ki, Yuri Kim ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsindən oktyabrda azad edilib. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen hazırda Bakıda səfərdədir.

Teqlər: