Obama Baydeni konstitusiya maddəsi ilə hədələdi

Obama Baydeni konstitusiya maddəsi ilə hədələdi

ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ Evin hazırkı rəhbəri Co Baydeni ABŞ Konstitusiyasının 25-ci maddəsi ilə prezidentlik yarışından könüllü imtina etmədiyi təqdirdə hakimiyyətdən uzaqlaşdırmaqla hədələyib.

AzerTimes xəbər verir ki, bunu amerikalı jurnalist Seymur Herş bildirib.

“Obama səhər yeməyindən sonra Baydenə zəng edərək, “İşlər belədir” dedi. Biz Harrisin 25-ci maddəyə müraciət etmək üçün razılığını almışıq”, – Herş bildirib.

O qeyd edib ki, konstitusiyaya edilən 25-ci maddəyə əsasən, ölkə prezidenti fəaliyyət qabiliyyətini itirdiyi halda vəzifəsindən kənarlaşdırıla bilər və onun səlahiyyətləri vitse-prezidentə verilir.

Teqlər: