“OBA” marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb

Ötən il oktyabrın 16-da Füzuli rayonu, Horadiz şəhəri ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

Füzuli rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, Füzuli rayon sakini 1981-ci il təvəllüdlü Zamin Mehdiyev qeyd edilən tarixdə Horadiz şəhərində yerləşən “OBA” marketin qarşısındakı insanların ünvanına yüksək səslə nalayiq ifadələr işlətməsinə görə ona öz iradını bildirən Şükür Əhmədova heç bir əsaslı səbəb olmadan bıçaqla xəsarət yetirərək qəsdən öldürmüşdür.

İş üzrə toplanmış sübutlar əsasında Zamin Mehdiyevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə )maddələri ilə yekun ittiham elan edilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Teqlər: