O siyahılar pulla hazırlanır, ona görə “uduzuruq” – Ekspert

O siyahılar pulla hazırlanır, ona görə “uduzuruq” – Ekspert

Azərbaycan mətbəxi dünya festivallarında sözünü deyib, xarici turistlər tərəfindən yüksək qarşılanıb. Əgər bu atlası çəkən adamlar bizdən çox dolma növü olan ölkə təqdim edə bilsələr, onda gedib ləzzətdən danışa bilərlər. Deməli, ədalətli deyillər.

Bu sözləri AzerTimes-a qida eksperti Ağa Salamov Azərbaycan yeməklərinin “TasteAtlas”ın reytinqində yüksək yer tutmaması ilə bağlı danışarkən deyib.

Milli mətbəximizin hər zaman yüksək qiymətləndirildiyinə toxunan qida eksperti bildirib ki, kulinariyadan anlayışı olan istənilən mütəxəssis onun dəyərini anlayır:

“Bu, bir qəzetçi və sahibkar olan şəxs tərəfindən yaradılan dünya dad atlasıdır. Azərbaycan mətbəxi dünyada öz sözünü deyib. Tahir Əmiraslanovun “Azərbaycan dolmalar” kitabında 300-dən çox dolma növü ilə tanış olmaq mümkündür. Elə bir ölkə varmı ki, onların bu qədər dolma növü olsun? Sizcə, bu qədər bol çeşidli yeməkləri olan, 9 iqlim qurşağında yerləşən Azərbaycanda dadsız yemək ola bilər? Mümkün deyil. Sadəcə, bu adamlar kim onlara pul təklif edir, gəlib onları çəkirlər”.

O vurğulayıb ki, “TasteAtlas” özü 2015-ci ildə yaranıb, bizim milli mətbəximiz isə minilliklərə söykənir:

“Azərbaycan mətbəxinin rəqibi olmadığı üçün bir çox ölkələrdə qısqanclıqla yanaşırlar. Çünki mətbəximizi önə çəksələr, o biri mətbəxlər çox uduzacaq. Nəyimizə lazımdır “TasteAtlas”da bayrağımız oldu, ya olmadı?”

Teqlər: