O, “Qızıl top”un münsiflər heyətini tərk etdi

O, “Qızıl top”un münsiflər heyətini tərk etdi

Finlandiyadan olan jurnalist Juha Kanerva “Qızıl top” mükafatının münsiflər heyətini tərk edib.

AzerTimes xəbər verir ki, bu barədə jurnalist özü X hesabında paylaşım edib.

Kanerva bildirib ki, braziliyalı hücumçu Vinisius Junioru ilk 10-luğa daxil etməmək texniki səhv olub:

“Texniki səhvim. “Qızıl top” münsiflər heyətindən çıxıram”.

Qeyd edək ki, “Qızıl top” mükafatını İspaniya millisinin və “Mançester Siti”nin üzvü Rodri qazanıb.

Teqlər: