Rusiya hakimiyyəti ABŞ-da keçiriləcək prezident seçkilərini diqqətlə izləyəcək.
AzerTimes xəbər verir ki, bunu yerli mediaya müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən onların seçkiləri olacaq, görək sonda kim qalib gələcək və o, qalib gəlsə, prezident ola biləcəkmi? İndi orada da hər şeyə zəmanət verilmir. Hər şeyi diqqətlə izləyəcəyik”, – deyə o bildirib.