O, məni öldürmək üçün azadlığa buraxıldı

O, məni öldürmək üçün azadlığa buraxıldı

Rusiyada qanuni oğru Zaxari Kalaşov (Şakro Molodoy) həbsdən ona görə vaxtından tez azad edilib ki, Gürcüstanda keçirilən seçkilər öncəsi gürcü cinayət dünyasının idarəçiliyi ona həvalə olunsun.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Həbsdə olan keçmiş prezident bu qanuni oğru tərəfindən öldürüləcəyini deyib:

“İstisna etmirəm ki, göstərişlərdən biri mənim həbsxanadakı məsələmin yekun həllidir”, – Saakaşvili açıqlamasında deyib.

Qeyd edək ki, kriminal aləmdə “Şakro Molodoy” kimi tanınan 70 yaşlı Zaxari Kalaşovun Rusiya məhkəməsi tərəfindən vaxtından əvvəl azadlığa buraxlacağı ilə bağlı məlumat yayılıb.

Teqlər: