Nyu Yorkdan Dehliyə uçan təyyarə Moskvada məcburi eniş edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Təyyarədə olan sərnişinlərdən birinin səhhəti pisləşdiyi üçün “hava gəmisi”nin məcburi eniş etdiyi bildirilib.
Belə ki, sözügedən sərnişin Moskvaya çatmamış vəfat edib. Onun infarktdan dünyasını dəyişdiyi qeyd olunub.