

ABŞ-ın Nyu York şəhərində helikopter Hadson çayına düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Nyu York polisi məlumat verib.
Qəza nəticəsində üç nəfərin öldüyü bildirilib.
Hazırda polis və xilasetmə qayıqları hadisə yerindədir.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.