ABŞ-ın Nyu York şəhərində U-Haul yükdaşıma kompaniyasına məxsus furqonun sürücüsü 8 nəfər piyadanı vurub.
AzerTimes xəbər verir ki, bu barədə şəhər polisinin şefi Kişant Syuel deyib.
O bildirib ki, xəsarət alanlardan biri polis əməkdaşıdır. İki nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanları olayda terror motivini istisna edir.