Nyu-Yorkda azad olunmuş ərazilərin fotolarından ibarət sərgi açılıb

Mayın 5-də Nyu-Yorkun mərkəzi qalereyalarının birində “Agdam
Delenda est” adlı sərginin açılış mərasimi baş tutub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə tədbirdə
mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Sərgi İtaliyanın məşhur incəsənət xadimi, kurator, fotoqraf
Fabrisio Konti tərəfindən təşkil olunub. Əsasən Ağdam, Cəbrayıl,
Füzuli, Şuşa və işğaldan azad olunmuş digər ərazilərimizin
təsvirlərindən ibarət fotolar nümayiş olunub.

Həmçinin, Fabrisio Kontinin müəllifi olduğu elektron sərgi və 3D
elektron tur da nümayiş etdirilir.

Sərgi eləcə də Qarabağın işğal dövründə dağıdılmış, məhv edilmiş
muzeylərin, mədəniyyət ocaqlarının dünya ictimaiyyətinə
tanıdılması, təbliğatın gücləndirilməsi baxımdan olduqca böyük
əhəmiyyət daşıyır.

Teqlər: