Nyu-York polisi mümkün olan etirazlara görə 12 saatlıq növbələrə keçəcək

ABŞ-ın Nyu-York şəhər polisi kütləvi iğtişaşlar riskinin artması səbəbindən 19 aprel tarixindən etibarən 12 saatlıq növbəyə keçəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə “New York Post” meqapolisin polis idarəsinin daxili sərəncamına istinadən bildirib.

Sənəddə yeni qaydaların qüvvədə olma müddəti göstərilməyib. Qeyd olunub ki, 12 saatlıq növbələrin ləğvi barədə qərarın mövcud vəziyyətə əsasən veriləcək. Sənəddə polis əməkdaşlarının sentyabr ayına qədər məzuniyyətə çıxması da qadağandır.


Növbələrin davamlığında artım afroamerikalı Dante Raytın Minnesota həbsxanasında tutulması zamanı ölümündən sonra ABŞ-da baş verən yeni bir etiraz dalğası fonunda olub.