Nyu-York meri Erik Adamsa qarşı prokurorluq tərəfindən korrupsiya ittihamı irəli sürülüb.
AzerTimes xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Qeyd olunur ki, Adams yerli və xarici mənbələrdən öz seçki kampaniyası üçün rüşvət və qeyri-qanuni ianələr almış ola bilər.
Bundan əvvəl ABŞ Federal Təhqiqat Bürosunun (FTB) merin evində axtarışlar apardığı barədə məlumat verilmişdi