Nüvə təhlükəsi: Bayden onunla görüşə çalışır

Nüvə təhlükəsi: Bayden onunla görüşə çalışır

ABŞ Prezidenti Co Bayden nüvə təhlükəsi fonunda Şimali Koreya lideri Kim Çen İn ilə görüşmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı ekspert Aleksey Peçiy deyib.

Onun sözlərinə görə, Şimali Koreya ABŞ, Yaponiya və Cənubi Koreya liderlərinin zirvə görüşünə görə müxtəlif hərbi təxribatlara hazırlaşır:

“Yaponiyanın “Kyodo” nəşri ABŞ Prezidenti Co Baydenin Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə etmək üçün ilkin şərt olmadan Şimali Koreya lideri ilə görüşməyə hazır olduğunu yazır. Həmçinin, Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də bunu təsdiqləyib. Lakin Pxenyan bu təklifə cavab verməyib. Hazırda hər üç ölkə KXDR-in nüvə təhlükəsini cilovlamaq üçün bir yol tapmağa çalışır. Çünki o, getdikcə daha çox təhlükəyə çevrilir”.

Teqlər: