Rusiya Prezidenti Vladimir Putin və onun generalları nüvə silahından ilk istifadə edənin lənətə gələcəyini yaxşı bilirlər.
AzerTimes xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andjey Duda Rusiyanın nüvə silahından mümkün istifadəsi ilə bağlı açıqlamasında deyib.
“Əgər bu məsələyə soyuqqanlı və panikasız baxsaq, o zaman aydın olmalıdır: O, (Putin) bizə uzun illər Rusiyanın nüvə doktrinasında təsbit ediləni təkrarlayır”, – Duda bildirib.
Dudanun sözlərinə görə, Putinin açıqlamasında yeni nə isə yoxdur.
Prezident əlavə edib ki, nüvə silahından istifadə edəcək ilk şəxs tam məsuliyyət daşıyacaq.
Qeyd edək ki, Rusiya nüvə doktrinasına dəyişiklik edəcəyini elan edib.