Leyboristlər seçkidə qalib gəldikdən sonra Böyük Britaniya nüvə silahına sahib olan ilk əsl islamçı ölkə ola bilər.
AzerTimes xəbər verir ki, bunu Republikaçılar Partiyasının vitse-prezidentliyə namizədi Ceyms Devid Vans deyib.
“Bayden administrasiyası buna əhəmiyyət verməsə də, dünyada böyük təhlükələrdən biri, əlbəttə ki, nüvə silahının yayılmasıdır. “Nüvə silahına sahib olan ilk əsl islamçı ölkə haradır?”sualına əvvəlcə İran, yaxud Pakistanı düşünürdük. Nəhayət qərara gəldik ki, bu, əslində Böyük Britaniyadır – çünki Leyboristlər hakimiyyəti təzəcə ələ alıb”, – o bildirib.